Modern.az

Sevinc Babayeva vəfat edib

Sevinc Babayeva vəfat edib

27 Dekabr 2012, 18:20

ABU-nun keçmiş rektoru Elşad Abdullayevin yaydığı məlum videolarda keçmiş deputat Gülər Əhmədova ilə onun arasında vasitəçi kimi iştirak edən Sevinc Babayeva vəfat edib. Modern.az-ın "Azadlıq"a istinadən verdiyi xəbərə görə,  Sevinc Babayevanın ölümü ilə bağlı məlumatı oğlu təsdiq edib.

"Bəli, doğrudur, anam bu gün vəfat edib".

Məlumatla əlaqədar Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanovla da danışıb. E.Sultanov başqa KİV-dən də bu barədə suallar aldığını deyib. "Sevinc Babayevanın gah Türkiyədə zəhərləndiyi, gah da başqa səbəbdən öldüyü haqda suallar almışam. Hazırda dəqiqləşdirmə aparırıq. Hər hanı dəqiqləşmiş məlumat olsa KİV-ə bildirəcəyik", - deyə o, bildirib.

Məlumatla bağlı araşdırmamız davam edir.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək