Modern.az

Əli Həsənov jurnalistlərə mənzillərin hansı meyarlarla veriləcəyini açıqladı

Əli Həsənov jurnalistlərə mənzillərin hansı meyarlarla veriləcəyini açıqladı

Media

27 Dekabr 2012, 20:01


Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov jurnalistlərə dövlət hesabına tikilən evin mənzillərinin hansı kriteriyalarla veriləcəyini bildirib. Modern.az saytının məlumatına görə, Əli Həsənov bildirib ki, Bakının Bibiheybət qəsəbəsində inşa edilən 16 mərtəbəli yaşayış binasındakı mənzillər daha çox ehtiyacı olanlara jurnalistlərə və jurnlistikada daha çox xidmət edənlərə veriləcək .

Prezident Administrasiyasının rəsmisi sözügedən yaşayış binasının gələn ilin ortalarında istifadəyə hazır olacağını bildirib.

Qeyd edək ki, 2010-cu il iyulun 22-də Prezident İlham Əliyev mətbuat işçilərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması və onlar üçün yaşayış evlərinin tikilməsi məqsədi ilə KİV-in İnkişafına Dövlət Dəstəyi Fonduna 5 milyon manat vəsait ayırıb.
Bakının Bibiheybət qəsəbəsində kitab formasında tikilən bina iki bloklu 16 mərtəbədən ibarət olacaq. Binada təxminən 150 evsiz jurnalist iki və üçotaqlı təmirli mənzillə təmin olunacaq. 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi