QHT Alyansı siyasi partiyaların monitorinqi ilə bağlı qərar verdi
Alyansa yeni üzvlər qəbul edildi
QHT Əməkdaşlıq Alyansı İdarə Heyətinin növbəti iclası keçirilib. İclasa sədrlik edən Alyansın həmsədri Yadigar Məmmədli gündəliklə bağlı məlumat verib.
İclasda 2012- ci il ərzində görülmüş və həyata keçirilmiş tədbirlər haqqında Alyansın həmsədri Rufiz Qonaqov çıxış edib.
O bildirib ki, bu il ərzində Alyans vətəndaş cəmiyyətini düşündürən və narahat edən məsələlər, eləcə də, koalisiyanın qarşısına qoyduğu prioritet istiqamətlərin həyata keçirilməsi sahəsində bir çox vacib tədbirlər və görüşlər keçirib, dövlət qrumlarına QHT- lərlə əlaqədar təkliflər göndərib. R.Qonaqov eyni zamanda çıxışı zamanı onu da vurğulayıb ki, Alyans 2012- ci ildə QHT-Dövlət dioloqunun əsas təşəbbüskarlarından biri olaraq ölkədə bir çox koalisiyalarla yaxından əməkdaşlıq etmiş, sıralarını iki dəfədən artıq genişləndirilib. Bu isə onu deməyə əsas verir ki, Alyans çevik və mobil bir təşkilat olaraq, ölkədə aparıcı QHT koalisiyasına çevrilə bildirib.
Daha sonra Alyans katibliyinin reqlamentinə əlavə və dəyişikliklər haqqında Alyansın baş katibi Xanoğlan Əhmədov çıxış edib. O katibliyin işinin daha da gücləndirilməsi üçün bir neçə istiqamətlər üzrə katiblərin də təyin olunması vacibliyini qeyd edib.
Gündəliyin mühüm və vacib məsələlərindən biri kimi Alyans tərəfindən siyasi partiyalar arasında aparılmış monitorinqin nəticələri haqqında Alyansın həmsədri Rəfail Becanov məlumat verib. O, ilk monitorinqin uğurla başa çatdığını, nəticələrin bütün ictimaiyyət üçün maraq doğuracağını və yanvar ayının ikinci ongünlüyündə açıqlanacağını qeyd edib. R.Becanov sənəd haqqında onu da bildirib ki, monitorinq zamanı siyasi partiyalarla bağlı indiyədək ictimaiyyət üçün açıqlanmamış bir çox faktlar aşkarlanıb.
Daha sonra Alyansa yeni üzvlüklə bağlı məsələyə baxılıb. “Şahdağ Xeyriyyə” İB ( sədr Rəhilə Teymurova), “Qadın və Uşaqların Sosial İnkişafı” İB (sədr Tünzalə Cavadova), “Müharibə Veteranı Qadınlarına Sosial Yardım” İB ( sədr Radə Abbas) və “Demokratik Cəmiyyət və Qadın Hüquqlarının Müdafiəsi”İB ( sədr Mehriban Abdullayeva) Alyansa üzv qəbul ediliblər.
İclasda bir sıra təşkilati məsələlərə baxılıb. Qərara alınıb ki, Alyansda daha iki katiblik Parlamentlə İş üzrə və Özəl Sektorla İş üzrə katiblik təsis edilib.
Yeni yaradılmış Mətbuat və Sosial Şəbəkə üzrə katib vəzifəsinə isə Qurbanəli Yusibov təsdiq edilib.
Eyni zamanda Alyans katibliyi nəzdnində Ümumi şöbə təsis edilib və şöbənin sədri Malik Bayramov seçilib.
Alyansın üzvü Əlil Qadınlar Cəmiyyəti Sumqayıt şəhər şöbəsinin sədri Səbinə Kərimova Alyansın Sumqayıt, Mingəçevir Valideynlər Asossasiayasının sədri Fərman Nəbiyev isə Mingəçevir şəhəri üzrə Alyansın nümayəndəsi təyin olunub.
Modern.az