Modern.az

“Putinlə danışdıq, Moskvaya səfər edəcəm” - Ərdoğan

“Putinlə danışdıq, Moskvaya səfər edəcəm” - Ərdoğan

21 Yanvar 2022, 17:00

"Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığımız oldu. Ola bilsin ki, Moskvaya səfər edəcəm".

 

Modern.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında deyib.

 

"Hər iki ölkə ilə əlaqələrimiz yaxşıdır. Biz Rusiya ilə Ukrayna arasında mövcud vəziyyətə göz yuma bilmərik. Biz Rusiya ilə Ukrayna arasında sülhün yaranmasına vasitəçi ola bilərik. Yaxın zamanda Ukraynaya səfər edəcəm. Bundan sonra ola bilsin, Moskvaya səfər etməyi planlaşdırıram", - deyə Ərdoğan vurğulayıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal