Modern.az

Azərbaycanla bu ölkə arasında viza rejimi ləğv olunur

Azərbaycanla bu ölkə arasında viza rejimi ləğv olunur

Aktual

21 Yanvar 2022, 16:46

Azərbaycan və Serbiya arasında gediş-gəliş üçün viza rejimi ləğv edilir.

 

Modern.az xəbər verir ki, bu barədə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin iclasında müzakirə aparılıb.

 

Belə ki, “Azərbaycan Respublikası Hökuməti ilə Serbiya Respublikası Hökuməti arasında ümumvətəndaş pasportlara malik şəxslər üçün viza tələbinin qarşılıqlı aradan qaldırılması haqqında” Sazişin təsdiq edilməsi barədə qanun layihəsinə təklif edilən dəyişikliyə əsasən, ölkələr arasında viza rejiminin ləğvi nəzərdə tutulur.

 

Qanun layihəsi müzakirələrdən sonra parlamentin plenar iclasına tövsiyə edilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir