ABŞ Dövlət Departamenti yaxın günlərdə Ukraynadakı diplomatlarının ailələrini məcburi təxliyə edə bilər.
Modern.az xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi diplomatik mənbələrə istinadən yazıb.
Agentlik qeyd edir ki, Ukraynadakı səfirliyin bəzi əməkdaşlarının könüllü təxliyəsi həyata keçirilə bilər.
Mənbələr bu barədə qərarın hələ verilmədiyini bildirib.
Ehtimal edilir ki, Avropa İttifaqına üzv ölkələrin səfirlikləri öz planlarını hazırlayıblar.
Akif İsmayılov