Yaponiyanın cənub-qərbində 6,4 bal gücündə zəlzələ olub.
Modern.az xəbər verir ki, bu barədə yerli "Kyodo" agentliyi məlumat yayıb.
Bildirilir ki, güclü yeraltı təkanlara baxmayaraq, sunami təhlükəsi yoxdur.
Yaponiya Meteorologiya Agentliyinin məlumatına görə, zəlzələ yerli vaxtla saat 01:08 radələrində ölkənin cənub-qərbindəki Kyuşu adasındakı Miyazaki və Oita prefekturalarında qeydə alınıb.
Xəsarət alanlar və maddi ziyanla bağlı məlumat yoxdur. Zəlzələ Yaponiyanın qərbində, eləcə də mərkəzi Yaponiyanın bir hissəsində hiss olunub.