Braziliya Futbol Konfederasiyası (CBF) bu il ölkə üzrə keçiriləcək turnirlərdə iştirak edəcək bütün futbolçulardan məcburi vaksinasiya tələb edəcək.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, müvafiq tələblər qurumun rəsmi saytında dərc edilmiş yenilənmiş tibbi reqlamentində öz əksini tapıb.
Konfederasiyanın baş həkimi Xorxe Payvanın sözlərinə görə, bu qərar futbolçuların təhlükəsizliyi ilə bağlıdır.
""Omikron" ştamının yoluxuculuğu yüksəkdir və futbolçular maskasız oynayırlar. Bizim edə biləcəyimiz yeganə şey xəstəliyin ağırlaşmasının qarşısını almaq üçün onların peyvənd olunmasını tələb etməkdir",- deyə baş həkim bildirib.