Modern.az

Misir Mərdanov əmr verdi

Misir Mərdanov əmr verdi

28 Dekabr 2012, 10:45

Təhsil naziri Misir Mərdanov  dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 870 illik yubileyi ilə əlaqədar keçirilən “Nizami hikmətinin işığında” mövzusunda inşa yazı müsabiqəsi iştirakçılarının mükafatlandırılması haqda əmr imzalayıb. Nazirliyin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, respublikanın bütün rayon və şəhərlərindən seçilərək təqdim olunmuş 105 inşa yoxlanılıb və qaliblər müəyyənləşdirilib.

Müsabiqədə iştirak edən şagirdlər I, II, III dərəcəli diplomlar və tərifnamə ilə təltif ediliblər.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək