Modern.az

COVID bir gündə 9 mindən çox insanı öldürdü

COVID bir gündə 9 mindən çox insanı öldürdü

Dünya

22 Yanvar 2022, 13:49

Dünyada son sutka ərzində yeni növ koronavirus (COVID-19) səbəbindən həyatını itirən insanların sayı 9 min nəfəri ötüb.

 

Modern.az xəbər verir ki, bu barədə “worldometers.info” saytında məlumat yer alıb.

 

Belə ki, ötən sutkada 3 milyon 652 min 347 nəfər koronavirusa yoluxub, 9062 nəfər isə pandemiyanın qurbanı olub. Bununla da yoluxanların ümumi sayı 346 milyon 819 min 619, ölənlər isə 5 milyon 603 min 81 nəfərə çatıb.

 

Ötən sutka ərzində ən çox yoluxma halı (779 min 36 nəfər) və ölüm faktı (2777 nəfər) ABŞ-da qeydə alınıb.

 

Məlumat üçün bildirək ki, dünyada indiyədək ən çox yoluxma halı ABŞ (71,3 milyon), Hindistan (38,9 milyon), Braziliya (23,7 milyon), Fransa (16 milyon), Böyük Britaniya (15,7 milyon), Rusiya (10,9 milyon) və Türkiyədə (10,8 milyon) aşkarlanıb.

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama