Dünyanın ən yaxşı futbol liqaları məlum olub.
Modern.az xəbər verir ki, siyahıda Azərbaycan Premyer Liqası da yer alıb.
Belə ki, futbol üzrə ölkə çempionatımız 2021-ci ildə dünyada 60-cı yerdə qərarlaşıb. Aktivində 324 xal olan Azərbaycan Premyer Liqası 2020-ci illə müqayisədə 14 pillə irəliləyib.
Braziliyanın A seriyası ötən ilin ən yaxşı liqasıdır. Bununla IFFHS tarixində ilk dəfə (1991-ci ildən) Avropadan başqa qitə liqası (İspaniya – 13, İtaliya - 11, İngiltərə - 5, Almaniya - 1) sıralarına başçılıq edib.
İngiltərə Premyer Liqası son 5 ildə 4-cü dəfə reytinqdə ikinci yeri tutub. 2020-ci ilin ən yaxşısı İtaliya A seriyası isə 3-cü yerə düşüb. İlk “beşliy”i müvafiq olaraq İspaniya və Fransa tamamlaşyıb. Avropanın “böyük beşlik” ölkələrindən Almaniya Bundesliqası 5-ci pillədən 8-ci yerə yuvarlanıb.
Qeyd edək ki, reytinqdə 9 pillə irəliləyən Türkiyə Super Liqası dünyanın ən yaxşı 17-ci çempionatıdır.