Modern.az

Puşkinin romanı bir milyona satıldı

Puşkinin romanı bir milyona satıldı

22 Yanvar 2022, 15:44

Tanınmış rus şairi Aleksandr Puşkinin 1833-cü ildə nəşr olunan birinci “Yevgeni Onegin” romanı bir milyon rubla satılıb.

 

Modern.az xəbər verir ki, bu barədə “MIR 24” “Litfond” hərrac evinə istinadən məlumat yayıb.

 

Qeyd edək ki, kitab 1833-cü ilin mart ayında 2400 nüsxə ilə çap olunub. 

 

Bundan əlavə, Vladimir Mayakovskinin litoqrafiya ilə işlənmiş 1913-cü ilin “Mən!” əsəri də hərraca çıxarılıb. Lotun ilkin qiyməti 500 min rubl təyin olunsa da, kitab 700 minə satılıb.

 

Eyni zamanda 1837-ci ildə kağız üzərində yazılmış Mixail Lermontovun “Şeytan” poemasının ilkin əlyazması 250 min rubla satışa təqdim olunub. Anna Axmatovanın 1963-cü ildə İosif Brodskiyə yazdığı məktub isə 190 min rubla satılıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər