Çinin dövlət televiziyası “Alibaba” şirkətinin rəhbəri Cek Manı korrupsiyada ittiham edib.
Modern.az xəbər verir ki, bu barədə "Financial Times" qəzeti yazıb.
Kanal Cek Manın "Ant Group” şirkətinin korrupsiya ilə əlaqəsindən bəhs edən film yayımlayıb.
Mərkəzi televiziya özəl şirkətləri ötən il həbs olunmuş Qunçjou şəhər rəhbərinin qardaşına həddən artıq çox pul vəsaiti verməkdə ittiham edib.