Goranboy rayonunun Qaradağlı kəndində ümumi sahəsi 48 m² olan avtomobil təmiri sexinin içərisində təmirə dayanan "VAZ" markalı minik avtomobilinin yanar hissələri yanıb.
Modern.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Məlumata görə, sex yanğından mühafizə olunub.
Zaqatala şəhərində ümumi sahəsi 200 m² (hər mərtəbəsi 100 m²) olan ikimərtəbəli evin 2-ci mərtəbəsində 1 otağın döşəməsi 20 m² sahədə yanıb, yüksək temperaturdan 1 ədəd plastikdən ibarət pəncərə çərçivəsi əriyib. Evin qalan hissəsi yanğından mühafizə olunub. Hər iki yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.