Bu gün Əfqanıstanda partlayış törədilib.
Modern.az xəbər verir ki, bu barədə “Etilaat Roz” qəzeti məlumat yayıb.
Partlayış nəticəsində ən azı 6 nəfər ölüb, 10 nəfər xəsarət alıb.
İlkin məlumata görə, Herat şəhərində sərnişin avtobusu partladılıb. "Taliban"ın regional nümayəndələri partlayış faktını təsdiqləyiblər.