Almaniyanın Xarici İşlər Nazirliyi Ukraynadakı diplomatların ailələrinin təxliyəsi planı üzərində işləyir.
Modern.az xəbər verir ki, bu barədə “Bild” nəşri məlumat yayıb.
Məlumatda göstərilir ki, Ukraynada vəziyyət gərginləşəcəyi halda səfirlik əməkdaşları vətənə qaytarıla bilər.
Qeyd edək ki, bundan əvvəl ABŞ da Ukraynadakı diplomatların ailələrini Kiyevdən çıxaracağını elan edib.