Almaniya Hərbi Dəniz Qüvvələrinin komandanı, vitse-admiral Kay-Ahim Şönbax Krımla bağlı səsləndirdiyi fikirlərə münasibət bildirib.
Modern.az xəbər verir ki, o, özünün "Twitter" hesabında səhvə yol verdiyini etiraf edib.
O qeyd edib ki, təhlükəsizlik siyasəti ilə bağlı sözləri səsləndirən zaman şəxsi fikrini ifadə edib.
Almaniyalı admiral vəziyyəti yanlış qiymətləndirdiyini və verdiyi açıqlamanın səhv olduğunu vurğulayıb.
“Mən düşünmədən, vəziyyəti səhv qiymətləndirdim, bunu etməməliydim. Şübhə yoxdur ki, bu, açıq bir səhv idi", - deyə o vurğulayıb.
Xatırladaq ki, Şönbax hindistanlı mütəxəssislərlə görüş zamanı Krım yarımadasının artıq Ukraynaya qayıtmayacağını bildirib. Ukrayna Xarici İşlər Nazirliyi vitse-admiralın açıqlamalarına aydınlıq gətirilməsini tələb edib. Nazirliyin rəsmi nümayəndəsi Oleq Nikolenko bəyanatları qəbuledilməz adlandırıb.
Akif İsmayılov