Modern.az

Ərdoğanı təhqir edən jurnalist həbs edildi

Ərdoğanı təhqir edən jurnalist həbs edildi

23 Yanvar 2022, 00:51

Türkiyəli jurnalist Sedef Kabaş həbs edilib.

 

Modern.az xəbər verir ki, o, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı təhqir etmək ittihamı ilə İstanbul Sülh Cəza Məhkəməsinə göndərilib.

 

Hakim qarşısına çıxan Kabaş həbs edilib.

 

Qeyd edək ki, jurnalist Sedef Kabaş bir televiziya proqramında etdiyi çıxışlarla əlaqədar barəsində istintaq başladılmışdı.

 

Televiziya aparıcısı olan S.Kabaş "Halk TV" və "Tele 1" kanallarında müxtəlif proqramlarda şərhçi kimi çalışıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama