Modern.az

Parlamentdə Bakı söhbəti

Parlamentdə Bakı söhbəti

28 Dekabr 2012, 12:27

Milli Məclisin bugünkü iclası artıq öz işinə başlayıb. Parlamentin Payız sessiyasının son iclasında çıxış edən deputat Qüdrət Həsənquliyev Bakı şəhərində avtomobil sıxlığının artması ilə bağlı məsələ qaldırıb. O bildirib ki, Azərbaycanda xüsusən də Bakı şəhərində avtomobillərin sayı durmadan artmaqdadır.

“Hər il yol infrastrukturuna nə qədər vəsait xərclənsə də yollarda avtomobillərin əlindən imkan yoxdur. Buna görə də əgər əvvəllər şəhərdə səhər-səhər və axşam saatlarında tıxac yaranırdısa, indi günü istənilən vaxtında Bakıda tıxac yaranır. Bunu aradan qaldırmaq üçün bu məsələlər diqqət yetirmək lazımdır”, -deyə Q.Həsənquliyev bildirib.

Milli Məclis sədri Oqtay Əsədov deputata cavabında bildirib ki, bu istiqamətdə işlər gedir, məsələləri qarışdırmaq lazım deyil.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək