Modern.az

Bayram günlərində hava necə olacaq? -PROQNOZ

Bayram günlərində hava necə olacaq? -PROQNOZ

28 Dekabr 2012, 13:49

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən Modern.az-a verilən  məlumata görə, Bakıda və Abşeron yarımadasında dekabrın 30-dan 31-nə keçən gecə və səhər havanın arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar yağacağı, günün ikinci yarısında tədricən kəsiləcəyi gözlənilir.

Arabir güclənən şimal-qərb küləyi axşama doğru nisbətən mülayimləşəcək.

Dekabrın 31-i axşam, 31-dən yanvarın 01-nə keçən gecə və yanvarın 01-də gün ərzində hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Havanın temperaturunun axşam 1-3 dərəcə isti, gecə 0-2 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti olacağı gözlənilir.

Qeyd olunub ki, bayram günləri ilə bağlı hər gün yenilənmiş məlumat təqdim olunacaq.

Modern.az

 

Sizə yeni x var
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək