“Rusiya MDB məkanınnda olan münaqişələrin siyasi həlli üçün özünün səylərini davam etdirəcək. Bu, ilk növbədə Dağlıq Qarabağ və Dnestryanı problemləri əhatə edir”. Modern.az bildirir ki, bu barədə Rusiya XİN-in rəhbəri Sergey Lavrov Moskvanın 2013-cü il üçün xarici siyasi prioritetlərini “İnterfaks”a şərh edərkən bildirib.
“Rusiya beynəlxalq gündəlikdə olan bütün mühüm məsələlərin mümükün həllinin tapılmasında maraqlıdır. Əminliklə demək olar ki, 2013-cü ildə münaqişələrin həlli dünya ictimaiyyəti üçün əsas priritet istiqamət olacaq. Bizim diqqətimizdə Yaxın Şərq, Şimali Afrika və Əfqanıstan olacaq. Bundan savayı Rusiya MDB məkanında olan münaqiəşlərin, xüsusən Dağlıq Qarabağ və Dnestryanı bölgədə münqaişənin həlli üçün fəal işləyəcək”-deyə Lavrov vurğulayıb.
X.SƏFƏROĞLU