Modern.az

Səttar Mehbalıyev: “Bu il 365 özəl müəssisədə həmkarlar təşkilatı yaradılıb”

Səttar Mehbalıyev: “Bu il 365 özəl müəssisədə həmkarlar təşkilatı yaradılıb”

28 Dekabr 2012, 13:17

Modern.az xəbər verir ki, Milli Məclisin payız sessiyasının son iclasında “Əmək Məcəlləsinə dəyişiklər edilməsi haqqında” Qanun layihəsinin müzakirəsi zamanı çıxışında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, millət vəkili Səttar Mehbalıyev maraqlı faktlar açıqlayıb. O, qeyd edib ki, uzun illərdir transmilli şirkətlərlə bağlı böyük mübarizə aparırlar. “Bu da ondan ibarətdir ki, onlar özlərində həmkarlar ittifaqlarının yaradılmasına mane olurlar. Bunun bir səbəbi də orada çalışan işçilərlə həmkarların ünsiyyətinə mane olmalıdır. Buna baxmayaraq, biz böyük işlər görmüşük”.

S. Mehbalıyevin sözlərinə görə, təkcə 2012-ci ildə 365 özəl şirkətdə həmkarlar təşkilatı yaradıblar. “Bu işi davam etdiririk. Bəzi iri şirkətlər hələ də maneçiliyi davam etdirirlər. Qeyd etmək lazımdır ki, onlar milyardlarla pul qazanırlar. Hesab edirəm ki, bu vəsaitin 3-5 faizini Qarabağ əlillərinə, şəhid ailələrinə, onların sosial, mənzil və digər problemlərinin həllinə yönəldilməlidir. Hər halda bu tip sənədlərə dəyişiklik hesab edirəm ki, bir çox dəyişiklərə gətirib çıxarda bilər. İnanıram ki, bu məsələləri tezliklə həll edəcəyik”.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək