Almaniya kansleri Olaf Şolz bildirib ki, o, NATO-nun genişlənməməsinə zəmanət verə bilməz.
Modern.az xəbər verir ki, kansler Şərqi Avropa ölkələrinin alyansa daxil olmasının “gündəmdə olmadığını” vurğulayıb.
“Yeni Şərqi Avropa ölkələrinin NATO-ya daxil olması hazırda heç də gündəmdə deyil. Niyə Rusiyadan bu tələb var? Belə bir zəmanət ola bilməz”, - deyə Şolz bildirib.
O, həmçinin transatlantik müdafiə alyansının vacib olduğunu qeyd edib.
Akif İsmayılov