Modern.az

Qazaxda yol qəzası - Ana və övladı yaralandı

Qazaxda yol qəzası - Ana və övladı yaralandı

Hadisə

23 Yanvar 2022, 19:27

Qazaxda yol nəqliyyat hadisəsi baş verib.

 

Modern.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Dörd Yol adlanan ərazisində qeydə alınıb.

 

Hərəkətdə olan "Mercedes" və "VAZ 21011" markalı minik avtomobilləri toqquşub. Qəza zamanı 1995-ci il təvəllüdlü Q.Nuriyeva və onun az yaşlı oğlu 2018-ci il təvəllüdlü Z.Nuriyev xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Yaralıların vəziyyətinin kafi olduğu bildirilir.

 

Faktla bağlı araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?