Türkiyə və ABŞ arasında F-16 qırıcılarının modernləşdirilməsi və tədarükü ilə bağlı Vaşinqtonda aparılan danışıqlar müsbət ab-havada keçib.
Modern.az xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib.
O qeyd edib ki, yeni F-16-ların tədarükü və modernləşdirilməsi ilə bağlı rəsmi müraciətlər edilib və bundan sonra nümayəndə heyəti ABŞ-a gedib.
"Biz mövqeyimizi açıq şəkildə bildirdik. Bunun həm də NATO-nun güclənməsinə köməyini izah etdik. Türkiyə güclüdürsə, NATO-da da güclüdür, Türkiyənin gücü NATO-nun gücüdür”, - Hulusi Akar qeyd edib.
Akif İsmayılov