Modern.az

Ermənistan prezidenti İSTEFA VERDİ

Ermənistan prezidenti İSTEFA VERDİ

Dünya

23 Yanvar 2022, 20:15

Ermənistan prezidenti Armen Sarkisyan vəzifəsindən istefa verib.

 

Modern.az xəbər verir ki, bu barədə məlumat onun rəsmi saytında dərc olunub.

 

Sarkisyan qeyd edib ki, istefasına səbəb onun daxili və xarici siyasətə təsir alətlərinin olmaması ilə bağlıdır.

 

"Ölkə və xalq üçün çətin olan bu dövrdə daxili və xarici siyasətdəki radikal proseslərə təsir etmək üçün prezidentin lazımi alətləri yoxdur. Dövlətimiz üçün çətin, milli birliyə ehtiyac duyulan bu vaxtda prezident institutu dedi-qodu və konspirasiya obyektinə çevirilməməli, bununla da ictimaiyyətin diqqətini ən mühüm məsələlərdən yayındırmamalıdır", - deyə o bildirib.

 

Akif İsmayılov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal