ABŞ Əfqanıstana 23 milyon dollar dəyərində humanitar yardım edib.
Modern.az xəbər verir ki, bu barədə Əfqanıstan Mərkəzi Bankı məlumat yayıb.
Yardım nağd şəkildə edilib. Vəsaitlər Kabil hava limanından Əfqanıstan Beynəlxalq Bankının mərkəzi ofisinə çatdırılıb.
Əfqanıstan ABŞ-a göstərilən köməyə görə təşəkkür edib, həmçinin ölkəyə valyuta daxil olmasına və əhalinin ehtiyacı olan təbəqələrinə yardıma yönəlmiş istənilən addımı yüksək qiymətləndirdiklərini qeyd ediblər.
Akif İsmayılov