Modern.az

ÜST: "Omicron"dan daha yoluxucu ştamlar olacaq

ÜST:

Dünya

23 Yanvar 2022, 21:53

“Koronavirusun gələcək ştamları "Omicron"dan daha yoluxucu ola bilər”.

 

Modern.az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) eksperti Mariya van Kerxove deyib.

 

ÜST rəsmisi qeyd edib ki, virus nə qədər çox yayılsa, bir o qədər dəyişikliklər baş verəcək.

 

O, eyni zamanda bildirib ki, "Omicron" son variant olmayacaq və gələcəkdə narahatlıq doğuran yeni ştamların yaranması real görünür.

 

"Koronavirusun yeni ştamlarının xüsusiyyətləri hazırda məlum deyil, lakin onların daha yoluxucu olacağına şübhə yoxdur, çünki onlar hazırda dövriyyədə olan variantları üstələməli olacaqlar”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal