Türkiyədə son sutkada koronavirusdan 185 nəfər dünyasını dəyişib.
Modern.az xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fəxrəddin Qoca sosial şəbəkə hesabında məlumat paylaşıb.
Nazirin yaydığı məlumatda son 24 saat ərzində COVID-19 infeksiyası ilə əlaqədar 392 min 281 nəfərin test edildiyi, 65 min 503 nəfərin koronavirus testinin pozitiv nəticə verdiyi, 75 min 422 nəfərin isə bu xəstəlikdən sağaldığı qeyd olunub.