Belçikanın paytaxtı Brüsseldə koronavirusla bağlı məhdudiyyətlərə qarşı keçirilən aksiyalar zamanı polislə etirazçılar arasında toqquşma yaşanıb.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, polis təzyiqli su və gözyaşardıcı qazdan istifadə edib.
Toqquşma zamanı ən azı 15 nəfər xəsarət alıb. Yaralılardan 12-si etirazçı, 3-ü polis olub.
Hadisələrdən sonra ciddi talanlar olub, onlarla nümayişçi saxlanılıb.