Bu gün Xankəndinin işğalının 21-ci ildönümü ilə bağlı ziyalılar, ictimaiyyət nümayəndələri Dağlıq Qarabağın Azərbaycanlı İcması Şəhidlər Xiyabanını ziyarət ediblər. Modern.az-ın məlumatına görə, saat 11-də başlayan tədbirdə çıxış edən Bayram Səfərov bildirib ki, Azərbaycan xalqı necə illərdir öz doğma torpaqlarından didərgin salınıb.
“İndi haqq-ədalət dünyasıdır. Bütün dünya ictimaiyyəti bilir ki, Dağlıq Qarabağ Azərbaycanındır və onun Azərbaycana qaytarılması istiqamətində bir çox işlər aparılıb. Azərbaycan Respublikası prezidentinin siyasətini dəstəkləyirik və hər an onun komandasını gözləyirik”, – deyə Bayram Səfərov qeyd edib.
Aqşin Kərimov