Modern.az

Məşhur aktrisa Fatma Girik vəfat etdi

Məşhur aktrisa Fatma Girik vəfat etdi

24 Yanvar 2022, 10:46

Türkiyənin məşhur kino aktrisası Fatma Girik vəfat edib.

Modern.az “Milliyyet” qəzetinə istinadən xəbər verir ki, aktrisanın ölümü barədə xəbəri Şişli Bələdiyyəsinin başqanı Muammer Keskin bəyan edib.

79 yaşında vəfat edən aktrisa süd vəzisi xərçəngindən əziyyət çəkirdi.

Fatma Girik 12 dekabr 1942-ci ildə İstanbulda anadan olub. Aktrisa 180-dən çox filmdə rol alıb.

Fatma Girik həm də keçmiş siyasətçi kimi də tanınırdı. O, 1989-1994-cü illərdə Sosial Demokrat Xalq Partiyasından Şişli Bələdiyyəsinin başçısı olub. Siyasət və aktyorluqdan başqa qısa müddət ərzində televiziya ekranlarında “Söz Fatoda” adlı proqrama da aparıcılıq edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər