Modern.az

Armen Sarkisyan istefa ərizəsini geri çəkə bilər? - Spiker bu haqda DANIŞDI

Armen Sarkisyan istefa ərizəsini geri çəkə bilər? - Spiker bu haqda DANIŞDI

Dünya

24 Yanvar 2022, 11:04

Ermənistan parlamenti prezident Armen Sarkisyandan tutduğu vəzifədən istefa verməsi ilə bağlı bəyanatını alıb.

Modern.az xəbər verir ki, bu barədə parlamentin spikeri Alen Simonyan yanvarın 24-də Milli Məclisin iclasında bildirib.

 

A.Simonyanın sözlərinə görə, Milli Məclisin hazırkı reqlamentinə əsasən, istefa ərizəsi dərc edildikdən sonra bir həftə ərzində istefa ərizəsi vermiş müvafiq vəzifəli şəxs onu (yazılı şəkildə) geri götürərsə, bu, öz səlahiyyətləri çərçivəsində parlamentin sədri tərəfindən açıqlanacaq.

 

“Əgər vəzifəli şəxs istefa ərizəsini geri götürməsə, o zaman Milli Məclisin reqlamentinə əsasən, onun səlahiyyətlərinə xitam verilməsi haqqında protokol tərtib olunacaq və bu protokol parlamentin sədri tərəfindən imzalanaraq dərc ediləcək. Protokol dərc edildiyi andan istefa qəbul edilmiş hesab olunur”, - deyə parlamentin spikeri bildirib.

 

Qeyd edək ki, yeni dövlət başçısı vəzifəsinin icrasına başlayana qədər onun səlahiyyətlərini parlamentin sədri icra edəcək. Yeni prezidenti də qanunverici orqan seçəcək. Deputatların ümumi sayının azı dörddə biri prezidentliyə namizəd irəli sürmək hüququna malikdir.

 

Xatırladaq ki, yanvarın 23-ü axşam saatlarında Ermənistan prezidenti Armen Sarkisyan istefa verdiyini açıqlayıb. Sarkisyan bu qərarını onunla izah edib ki, onun bir prezident kimi əslində daxili və xarici siyasətə təsir alətləri yoxdur.

68 yaşlı siyasətçi Armen Sarkisyan 2018-ci ilin yazından Ermənistana rəhbərlik rəhbərlik edir. 1996-97-ci illərdə o, 4 ay baş nazir vəzifəsində çalışıb. Ermənistan parlamentli respublika olduğundan bu ölkədə prezidentlik əsasən təmsilçilik funksiyalarını yerinə yetirir. Prezident bu vəzifəyə yalnız bir dəfə, 7 il müddətinə seçilə bilər.

Whatsapp
Bizə yazın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal