Modern.az

Qadın və uşaqlarla bağlı ictimai müzakirə keçiriləcək

Qadın və uşaqlarla bağlı ictimai müzakirə keçiriləcək

Parlament

24 Yanvar 2022, 11:17

Milli Məclisdə qadın və uşaqların hüquqları ilə bağlı ictimai müzakirə keçiriləcək.

 

Modern.az xəbər verir ki, bu barədə parlamentin İnsan Hüquqları komitəsinin 2022-ci il yaz sessiyası üçün İş planında qeyd olunub.

 

Məlumata görə, komitədə sessiya müddətində qadın hüquqları ilə bağlı Ailə Qadın və Uşaq Komitəsi, bu sahədə mövcud olan vətəndaş, QHT təşkilatları ilə birgə video-konfransın keçirilməsi nəzərdə tutulub.

 

Görüşün nəticəsi olaraq təkliflərlə bağlı hesabat hazırlanacaq.

 

Bundan əlavə, Komitənin iş planına sessiya müddətində “Məişət zorakılığı” mövzusunun aktuallığını nəzərə alaraq paytaxt və bölgələrdə dövlət ailə siyasəti, qadın və uşaqların hüquqları ilə bağlı bütün təbəqələrin iştirakı ilə maarifləndirilmə layihələri, ictimai müzakirələr keçirilməsi daxil edilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadan Bakıya hərbi təhdid - Raketlər işə düşdü