2021-ci ildə gömrük sahəsində əldə edilən gəlirlərdən dövlət büdcəsinə 4 milyard 342 milyon manat vəsait köçürülüb.
Modern.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin Gömrük Tariflərinin Tənzimlənməsi və Ödənişlər Baş İdarəsinin əməkdaşı Faiq Orucov məlumat verib.
O qeyd edib ki, ötən il ölkəyə idxalın həcmi 11 706 057 min ABŞ dolları təşkil edib. Ölkədən ixrac edilən məhsulların ümumi dəyəri isə 2021-ci ildə 22 206 671 min dollar həcmində olub.