Modern.az

Jurnalistlər Bakıda aksiya keçirdilər - FOTO

Jurnalistlər Bakıda aksiya keçirdilər - FOTO

28 Dekabr 2012, 15:31

Bu gün saat 14.00-da “Azadlıq” və “Yeni Müsavat” qəzetlərinin əməkdaşları “Qasid” Yayım Firmasının qarşısında aksiya keçiriblər.

“Azadlıq”ın baş redaktorunun birinci müavini Rahim Hacıyev və köşə yazarı Şahvələd Çobanoğlu çıxış edərək aksiyanın məqsədi haqda danışıblar. Bildirilib ki, firma “Azadlıq”a olan 35 min manatlıq borcunu hələ də ödəmir, bu isə kollektivə ciddi maliyyə problem yaradır.
Jurnalistlər “Qasid”in rəhbərliyinə ünvanlanan “Pulumuzu verin!” şüarları səsləndiriblər.
Aksiya bir qədər davam edəndən sonra “Qasid”in direktoru Mirkazım Kazımov jurnalistləri otağına görüşə dəvət edib. M.Kazımov firmanın işlərinin tezliklə qaydasına düşəcəyini və qəzetlərə olan borcların hissə-hissə ödəniləcəyini vəd edib.


Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək