Avropa diplomatları Ukraynanı tərk etmək fikrində deyillər. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Avropa İttifaqının baş diplomatı Josef Borrell deyib.
Onun sözlərinə görə, Avropa İttifaqı (Aİ) Vaşinqtonun amerikalıların Ukraynadan çıxarılmasını niyə təşkil etdiyini ABŞ dövlət katibindən öyrənəcək.
"Yəqin Entoni Blinken bizə izah edəcək. Amma biz belə bir şey etmək fikrində deyilik, çünki bunun üçün heç bir xüsusi səbəb görmürük", - Borrel Aİ xarici işlər nazirlərinin Brüsseldəki görüşündən əvvəl deyib.
Borrelin sözlərinə görə, “danışıqlar prosesi davam edərkən vəziyyəti dramatikləşdirməyə dəyməz”.
ABŞ Dövlət Departamenti bu ərəfədə Kiyevdəki səfirliyin işçilərinin onların ailə üzvləri hesabına ixtisar edildiyini bildirib və bunu "Rusiyadan hərbi əməliyyat təhlükəsi" ilə əsaslandırıb.
Həmçinin Ukraynadakı bütün Amerika vətəndaşlarına ölkəni tərk etmək tövsiyə olunub.
Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova Qərbin bir neçə böyük təxribat hazırladığını, onların informasiya xarakterli və ya hərbi xarakterli ola biləcəyini ehtimal edib.