Modern.az

Fazil Talıbov Dövlət Komitəsində məsul şəxs təyin olundu

Fazil Talıbov Dövlət Komitəsində məsul şəxs təyin olundu

28 Dekabr 2012, 15:29

Standartlaşma, Meterologiya Patent üzrə Dövlət Komitəsində informasiya azadlığı ilə bağlı daxili icraat Qaydaları təsdiq edilib və  informasiya azadlığı üzrə məsul şəxs müəyyən edilib.  Komitəsinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, 27 dekabr 2012-ci il tarixli 139 nömrəli əmri ilə “Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində informasiya azadlığı ilə bağlı daxili icraat Qaydaları” təsdiq edilib. 12 maddədən ibarət olan Qaydalarda komitəyə sorğu ilə müraciət etmiş şəxsin məlumatları əldə etmək hüquqları, informasiya əldə etmənin formaları, informasiya sahibi kimi Komitənin vəzifələri, informasiya sorğusunun icra olunma üsulları və s. kimi məsələlər öz əksini tapıb.

Əmrə əsasən, komitənin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Fazil Talıbov informasiya azadlığı üzrə məsul şəxs kimi müəyyən edilib.

Bu əmr Azərbaycan Respublikası Prezidentinin 5 sentyabr 2012-ci il tarixli 2421 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Açıq Hökümətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın 1.1-ci bəndinin icrasını təmin etmək məqsədilə verilib.

Gültəkin Ələsgər

Sizə yeni x var
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək