Modern.az

AFFA-nın növbəti Hesabat Konfransı keçiriləcək

AFFA-nın növbəti Hesabat Konfransı keçiriləcək

24 Yanvar 2022, 14:33

Fevralın 2-də AFFA-nın növbəti Konfransı, Konfransdan dərhal sonra isə İcraiyyə Komitəsinin iclası keçiriləcək.

 

Modern.az xəbər verir ki, bu haqda AFFA-nın saytında yayılan açıqlamada bildirilib.

 

Saat 10:00-da başlayacaq Konfransın gündəliyinə İcraiyyə Komitəsinin prezident tərəfindən təqdim olunmuş fəaliyyəti haqqında hesabatının təsdiq olunması, maliyyə hesabatlarının təsdiq olunması, müstəqil auditorun hesabatını nəzərə almaq, hər hansı vakant vəzifəyə seçkilər, AFFA üzvlərinin təkliflərinin qəbul olunması və digər məsələlər salınıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi