COVID-19 pandemiyası böhran mərhələsindədir, bu kəskin dövrü başa çatdırmaq üçün dünyanın əlində vasitə var.
Modern.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Gebreyesus bildirib.
“COVID-19 pandemiyası artıq üçüncü ildir ki, davam edir və hazırda böhran mərhələsindəyik. Pandemiyanın bu kəskin dövrünü başa vurmaqdan ötrü birgə işləməliyik. Biz bu mərhələnin uzanmasına, çaxnaşma və ya etinasızlıq yaratmasına imkan verə bilmərik. Bu kəskin dövrə son qoymaq üçün əlimizdə bütün vasitələr var. Biz onlardan ədalətli və məntiqlə istifadə etməliyik”, - deyə ÜST rəhbəri vurğulayıb.
O, həmçinin qeyd edib ki, 34 ölkə indiyədək öz əhalisinin 10 faizini belə peyvəndləyə bilməyib, 86 ölkədə isə əhalinin 40 faizdən az hissəsi vaksin olunub.