Serbiyanın qərbində, Sremsk-Mitrovisa şəhəri yaxınlığında yerləşən gübrə fabrikində güclü partlayış olub. Hadisə nəticəsində 2 nəfər ölüb, 1 isə nəfər yaralanıb.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, partlayışdan sonra kimyəvi maddələrin ətraf mühitə sızmasının qarşısı alınıb.
Hadisənin səbəbi məlum deyil. Faktla əlaqədar araşdırma aparılır.