Modern.az

Ermənistanda yeni Ombudsman AND İÇDİ

Ermənistanda yeni Ombudsman AND İÇDİ

Dünya

24 Yanvar 2022, 16:56

Yanvarın 24-də Ermənistan parlamentində respublikanın yeni Ombudsmanının seçilməsi üzrə gizli səsvermənin nəticələri açıqlanıb.


Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, hakim “Mülki müqavilə” partiyasının parlament fraksiyası bu vəzifəyə ədliyyə nazirinin müavini Kristine Qriqoryanın namizədliyini irəli sürüb.

Onun namizədliyini hakim “Mülki müqavilə” partiyasının parlamentdəki fraksiyası 68 səslə dəstəkləyib.

Müxalifətin “Ermənistan” və “Mənim şərəfim var” bloklarından olan deputatları səsverməni boykot ediblər.

Gizli səsvermənin nəticələri elan edildikdən sonra yeni hüquq müdafiəçisi parlamentin tribunasına yaxınlaşaraq and içib.

Kristine Qriqoryan bu vəzifədə 2016-cı ildən Ermənistanın Ombudsmanı vəzifəsində çalışan Arman Tatoyanı əvəz edəcək.


K.Qriqoryan 2019-cu ilin iyulunda Ermənistan Respublikası ədliyyə nazirinin müavini, 2021-ci ilin aprelində isə ədliyyə nazirinin birinci müavini təyin edilib. 2022-ci il yanvarın 20-də Qriqoryan Ermənistan Respublikası ədliyyə nazirinin birinci müavini vəzifəsindən azad edilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal