Modern.az xəbər verir ki, Türkiyənin “Hürriyət” qəzeti Sevinc Babayevadan yazıb. Qəzet bildirib ki, İstanbulda Əsənyurdda bir evdə qalan Sevinc Babayeva gecə saatlarında səhhətində müəyyən problemlər yarandığından Əsənyurd Dövlət Xəstəxanasına aparılıb. Vəziyyəti ağır olan azərbaycanlı qadın Bəyklikdüzü Medicana Xəsətəxanası reanimasiya köçürülüb. S.Babayeva həkimlərin müdaxilələrinə baxmayaraq, gecə saatlarında keçinib. Babayevanın bədənində hər hansı zorakılıq izlərinə rast gəlinməyib. Sənədləşdirilmə işlərindən sonra ölüm səbələrinin araşdırılması üçün Babayevanın meyitinin Ədliyyə Tibb qurumuna göndəriləcəyi öyrənilib.
Aytən Əliyeva