Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukraynaya səfərindən sonra Rusiya lideri Vladimir Putinlə görüşə bilər.
Modern.az xəbər verir ki, bu barədə Ərdoğanın rəhbərlik etdiyi Ədalət və İnkişaf partiyasının (AKP) mətbuat katibi Ömer Çelik məlumat verib.
O bildirib ki, Putinlə görüşə Ərdoğanın Ukrayna səfərindən sonra qərar veriləcək.
AKP rəsmisi qeyd edib ki, Türkiyə Prezidenti regionu tanıyan ən təcrübəli dövlət başçılarından biridir: “Onun təcrübəsi və hər iki tərəflə ortaq nöqtədə olmaq iradəsi hamı tərəfindən hörmətlə qarşılanır".
Xatırladaq ki, Ərdoğan yaxın günlərdə Ukraynaya səfər edəcək. O, Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşüb Rusiya ətrafında gərginliyi müzakirə edəcək.
Türkiyə Ukrayna və Rusiya arasında dialoq təşkil etmək niyyətindədir.
Akif İsmayılov