Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşması üçün yeni format yaradılıb.
Modern.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün keçirdiyi onlayn mətbuat konfransında deyib.
O bildirib ki, mövcud dinamika davam edərsə, o zaman Ermənistan XİN-in Antalyada keçiriləcək sammitdə iştirak etməsi üçün Türkiyənin dəvətini qəbul etmə ehtimalı var.
Baş nazir onu da vurğulayıb ki, Ermənistan Türkiyə ilə münasibətləri normallaşdırmaq, diplomatik əlaqələr qurmaq və sərhədləri açmaq niyyətindədir.
Qeyd edək ki, bu il mart ayının 11-13-də ikinci Antalya Diplomatik Forumu keçiriləcək. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu xüsusilə Ermənistan və Yunanıstan da daxil olmaqla qonşu ölkələrdən olan həmkarlarını forumda iştirak etməyə çağırıb.
Akif İsmayılov