Modern.az

Paşinyan Ukraynaya görə narahatdır

Paşinyan Ukraynaya görə narahatdır

Dünya

24 Yanvar 2022, 21:38

"Ermənistan Ukrayna ətrafında yaranmış vəziyyətdən narahatdır".

 

Modern.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün keçirdiyi onlayn mətbuat konfransında deyib.

 

Onun fikrincə, İrəvan vəziyyətin nəzarətdən çıxmamasında maraqlıdır.

 

"Bu, Ermənistanı narahat etməyə bilməz. Buna görə də İrəvan vəziyyəti beynəlxalq tərəfdaşlarla, o cümlədən KTMT ilə müzakirə edir", - deyə Paşinyan qeyd edib.

 

Xatırladaq ki, Rusiya Ukrayna ilə sərhəd bölgələrə 100 min nəfərdən artıq qoşun yığıb. Qərb dövlətləri və rəsmi Kiyev Rusiyanın Ukrayna torpaqlarını işğal etməyə hazlaşdığını bildirir. Moskva isə bu iddiaları rədd edir.

 

Akif İsmayılov

Whatsapp
Bizə yazın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal