ABŞ Prezidenti Co Bayden bu gün Avropa liderləri ilə Ukrayna ətrafındakı vəziyyəti müzakirə edəcək.
Modern.az xəbər verir ki, bu barədə dövlət başçısının iş qrafikində qeyd olunub.
Bayden Rusiyanın Ukrayna sərhədlərinə yaxın hərbi birləşmələrinin yerləşdirilməsi mövzusunda məsləhətləşmələr aparmaq üçün Avropa ölkələrinin liderlərinə videozəng edəcək.
Danışıqlarda Avropa Komissiyasının sədri Ursula fon der Lyayen, Avropa Şurasının sədri Şarl Mişel, NATO-nun baş katibi Yens Stoltenberq, həmçinin Fransa, Almaniya, İtaliya, Polşa və Böyük Britaniya liderlərinin iştirakı gözlənilir.