Modern.az

Burkina Fasoda hərbi çevriliş - Prezident istefa verdi

Burkina Fasoda hərbi çevriliş - Prezident istefa verdi

Dünya

24 Yanvar 2022, 22:26

Burkina Faso Prezidenti Roş Mark Kabore istefa verib.

 

Modern.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

 

Qərbi Afrika ölkəsində hərbi qiyamla bağlı xəbərlər yayılıb.

 

Bundan əvvəl mətbuatda Kaborenin ailəsinin Burkina Fasonu tərk etdiyi bildirilmişdi. Məlumata görə, hərbi qiyamçılar Prezidentin istefasını tələb ediblər.

 

Qeyd olunur ki, Kabore bazar günündən bəri ictimaiyyət qarşısına çıxmayıb. Onun istefası barədə təhlükəsizlik və siyasi mənbələr “Reuters” agentliyinə məlumat veriblər.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal