Tovuzda piyadanın ölümü ilə nəticələnən avtomobil qəzası baş verib.
Modern.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Quşçu kəndində qeydə alınıb.
Belə ki, saat 19:00 radələrində “Naz Lifan” markalı minik avtomobili piyada, 1957-ci il təvəllüdlü Zərdəstə Məmmədovanı vurub. Qadın hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.