COVID-19 pandemiyası son iki ildə Almaniya iqtisadiyyatına 350 milyard avroya yaxın ziyan vurub.
Modern.az xəbər verir ki, bu barədə Köln İqtisadiyyat İnstitutu məlumat yayıb.
Hesablamalara görə, itkilərə ilk növbədə qapanmalar nəticəsində daxili istehlakın azalması səbəb olub. Ölkədə inflyasiyanın son 30 ilin ən yüksək həddinə çatdığı bildirilib.
Hesabatda, həmçinin qeyd olunub ki, qarşıdakı illərdə güclü iqtisadi artım pandemiyanın səbəb olduğu itkiləri aradan qaldırmağa kömək edə bilər.